Futbol üzrə Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev "Sumqayıt"dan ayrılmağa hazırlaşır. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu bu mövsümün əvvəlində sözügedən kluba transfer olunsa da, əsas heyət üzvünə çevrilə bilmədi.
 
Cavidin karyerasını "Neftçi"də davam etdirməsi gözlənilir. Paytaxt klubu sabiq yarımmüdafiəçisinə ehtiyat qüvvə gözü ilə baxır.
 
Qeyd edək ki, İmamverdiyev "Neftçi"nin yetirməsidir və təxminən 10 il bu komandanın uğurları üçün çalışıb. Millimizin sabiq üzvü "Neftçi"dən ayrılandan sonra "Sabah", "Keşlə", "Elazığspor" kimi komandalarda da forma geyinib. O, son mövsümdə "Sumqayıt"ın heyətində 13 çempionat matçına çıxsa da, fərlqənə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest