Futbol üzrə İspaniya La Liqasında sonuncu – 38-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bu gün keçirilib.
 
Lider "Atletiko" bu turda "Valyadolid" səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdə qələbə qazansaydı, mövsümün qalibi olacaqdı. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran madridlilər əzmkar qələbə sayəsində çempion olublar.
 
Turnir cədvəlinin ikinci pilləsində yer alan "Real"ın bu turdakı rəqibi "Vilyarreal" olub. "Real" da bu oyunda əzmkar qələbəyə sevinib. Amma sonda gümüş medallarla kifayətlənib.
 
"Barselona" isə son turda səfərdə "Eybar"ı minimal hesabla üstələyib və bürünc mükafatçı olub.
 
İspaniya La Liqası
38-ci tur
21 may
 
Levante – Kadis 2:2
Qol: Rocer, 8. Melero, 58 – Neqredo, 14. Akapo, 32.
 
22 may
 
Selta – Betis 2:3
Qol: Aspas, 32-pen. Mendes, 49 – B.İqlesias, 53-pen. Fekir, 69. V.Ruis, 73.
 
Eybar – Barselona 0:1
Qol: Qrizmann, 81.
 
Elçe – Atletik 2:0
Qol: Boye, 28. Quti, 73.
 
Hueska – Valensiya 0:0
 
Osasuna – Real Sosyedad 0:1
Qol: İsak, 86.
 
Real – Vilyarreal 2:1
Qol: Benzema, 87. Modriç, 90+2 – Pino, 20.
 
Valyadolid – Atletiko 1:2
Qol: Plano, 18 – Korrea, 57. L.Suares, 67.
 
23 may
 
20:30. Qranada – Xetafe
23:00. Sevilya – Alaves

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest