Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 71-ci dəqiqədə əvəzlənib. O, 55-cu dəqiqədə fərqlənməklə komandasının sonuncu qolunu vurub.

Futbol üzrə çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Xrudim"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 5:3.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 71-ci dəqiqədə əvəzlənib. O, 55-cu dəqiqədə fərqlənməklə komandasının sonuncu qolunu vurub.
 
25 turdan sonra 39 xala malik "Viktoriya" 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest