Xorvatiyanın Poreç şəhərində təşkil olunmuş karate üzrə Avropa çempionatına yekun vuruldu. Matc.az xəbər verir ki, qalib adını qazanan idmançılar arasında Azərbaycan təmsilçisi İrina Zaretska (68 kq) da olub. O, finalda yunan Vasiliki Panetsidunu məğlub edərək çempionu olub.

Zaretska qızıl medal qazanmasından sonra sosial şəbəkədə fikirlərini bölüşüb. O, "bu gün yanımda olan hər kəsə təşəkkür edirəm. Dəstəyinizi hər zaman hiss edirəm" yazıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest