Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
 
Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto" ölkə çempionatının 35-ci turu çərçivəsində doğma meydanda "Milsami" ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
 
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 35 oyunda 45 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest