Türkiyənin "Qalatasaray" klubu futbolçusu Markaonun müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Braziliyalı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
2019-cu ildən "Qalatasaray"da çıxış edən Markao bu mövsüm Super Liqada 37 oyuna çıxıb. 24 yaşlı müdafiəçinin "transfermarkt"da dəyəri 12 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest