Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı komandasının qələbəsinə iki qolla töhfə verib. O, 2 və 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Futbol üzrə ABŞ birinci liqasında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Las Veqas Layts"la qarşılaşıb. "Finiks Rayzinq" bu oyundan qələbə ilə ayrılıb - 5:1.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparıb. Millimizin forvardı komandasının qələbəsinə iki qolla töhfə verib. O, 2 və 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
 
Dörd oyuna 9 xal toplayan "Finiks Rayzinq" hazırda birinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest