Futbol üzrə Almaniya ikinci Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, mövsümü 67 xalla başa vuran "Bohum" həm çempion olub, həm də əsas Bundesliqaya vəsiqə qazanıb.
 
Bohumlularla yanaşı, "Qroyter" də növbəti mövsümdən elitada mübarizə aparacaq. Fürt şəhərinin təmsilçisi 64 xalla ikinci olub.
 
İkinci Bundesliqada bürünc medalları qazanan "Holştayn" (62 xal) isə elitaya vəsiqə qazanmaq üçün pley-off oyununa çıxacaq. Sözügedən komanda əsas Bundesliqada bu mövsümü 16-cı pillədə başa vuran "Köln"lə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk oyun mayın 26-da, cavab görüşü isə ayın 29-da baş tutacaq. Qalib tərəf əsas Bundesliqada, məğlub olan isə ikinci liqada mübarizə aparacaq.
 
Xatırladaq ki, 2020/21 mövsümün yekununa əsasən, "Verder" və "Şalke" klubları əsas Bundesliqanı tərk edib. Bremen təmsilçisi 41 il sonra elitanı tərk etmək məcburiyyətində qalıb. "Şalke" isə 33 illik fasilədən sonra aşağı liqada mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest