Futbol üzrə İspaniya La Liqasında 2020/21 mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, mövsümün sonuncu - 38-ci turu bu gün keçirilən iki qarşılaşma ilə yekunlaşıb.
 
"Qranada" ilə "Xetafe" heç-heçəyə razılaşıb. "Sevilya" isə "Alaves"lə oyundan qələbə ilə ayrılıb.
 
Beləliklə, mövsümün yekunlarına əsasən, Madrid "Atletiko"su 86 xalla çempion olub. Madridin digər təmsilçisi "Real" 84 xalla ikinci yeri tutub. 79 xal toplamış "Barselona" isə bürünc mükafatçı olub. Bu komandalarla birgə, 77 xalla dördüncü olan "Sevilya" da UEFA çempionlar Liqasına vəsiqə qazanıb.
 
Beşinci və altıncı yerləri tutan "Real Sosyedad"la (62 xal) "Betis" (61 xal) İspaniyanı Avropa Liqasında təmsil edəcək. 58 xalal yeddinci olan "Vilyarreal" isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
 
Son üç pilləni tutan "Hueska" (34 xal), "Valyadolid" (31) və "Eybar" (30) La Liqa ilə vidalaşmaq məcburiyyətində qalıb.
 
İspaniya La Liqası
38-ci tur
21 may
 
Levante – Kadis 2:2
Qol: Rocer, 8. Melero, 58 – Neqredo, 14. Akapo, 32.
 
22 may
 
Selta – Betis 2:3
Qol: Aspas, 32-pen. Mendes, 49 – B.İqlesias, 53-pen. Fekir, 69. V.Ruis, 73.
 
Eybar – Barselona 0:1
Qol: Qrizmann, 81.
 
Elçe – Atletik 2:0
Qol: Boye, 28. Quti, 73.
 
Hueska – Valensiya 0:0
 
Osasuna – Real Sosyedad 0:1
Qol: İsak, 86.
 
Real – Vilyarreal 2:1
Qol: Benzema, 87. Modriç, 90+2 – Pino, 20.
 
Valyadolid – Atletiko 1:2
Qol: Plano, 18 – Korrea, 57. L.Suares, 67.
 
23 may
 
Qranada – Xetafe 0:0
 
Sevilya – Alaves 1:0
Qol: A.Qomes, 90+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest