Bu gün futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib. Matc.az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da baş tutan həlledici oyunda "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Finalçılar ölkə kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gəlmişdilər. 2017/18 mövsümündə rəqiblərin yolları yarımfinalda kəsişmişdi. Hər iki görüşdə qol sevinci yaşayan "Keşlə" uduzmadığı duelin qalibi kimi finala yüksəlmişdi (1:0, 1:1).

Bu dəfə isə tərəflər finalda qarşılaşıblar. Oyunda hesabı "Sumqayıt" açıb. Amma qalan dəqiqələrdə iki qol vuran "Keşlə" əzmkar qələbə qazanıb. Beləcə, "Keşlə" tarixində ikinci dəfə Azərbaycan kubokunun qalibi olub. "Sumqayıt" isə ikinci dəfə oynadığı kubokun finalında yenə uduzan tərəf olub.

Azərbaycan kuboku
Final
24 may

"Keşlə" – "Sumqayıt" 2:1
Qol: Ş.Əliyev, 37. M.Boyoviç, 57 – M.Boyoviç, 3-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Masazır. "Bank Respublika Arena".

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov.
Baş məşqçi: Sənan Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitri Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest