"Ukrayna klubları, Belarus və Azərbaycandan zənglər olub. Yüksək dəstəyə vəsiqə qazanan Kipr klubundan da maraq var"

Ukrayna millisinin sabiq futbolçusu Artyom Milevski karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bunu 36 yaşlı hücumçunun meneceri Aleksandr Pankov açıqlayıb. O bildirib ki, başa çatan mövsümdə "Minay"da çıxış edən veteranın gələcək karyerasına hələ aydınlıq gəlməyib:
 
"Minay"la məsələ yekunlaşmayıb. Hələ müqaviləyə xitam verilməyib. Klub öhdəliklərini tam yerinə yetirməlidir ki, biz də sənədləri imzalayaq. Məzuniyyətdən sonra, iyunda Artyomla görüşüm gələcəyini müzakirə edəcəyik. Ukrayna klubları, Belarus və Azərbaycandan zənglər olub. Yüksək dəstəyə vəsiqə qazanan Kipr klubundan da maraq var. Vacib olan odur ki, Artyomun karyerasını davam etdirəcəyi, yoxsa başqa sahəyə keçəcəyini dəqiqləşdirməliyik. Onun dəvət aldığı bəzi layihələr var. Görüşəndə bunu müzakirə edəcəyik".
 
2006-12-ci illərdə Ukrayna millisində 50 oyuna 8 qol vuran Milevski karyerası ərzində "Minay"a qədər "Dinamo" (Ukrayna), "Qaziantepspor" (Türkiyə), "Hayduk" , "Split" (hər ikisi Xorvatiya), "Konkordiya" (Rumıniya), "Tosno" (Rusiya), "Dinamo" (Brest, Belarus), "Kişvarda" (Macarıstan) klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest