İtaliyanın "Napoli" klubunda baş məşqçi Cennaro Qattuzo ilə yollar ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə Qattuzonun klubla müddəti bitən müqaviləsinin yenilənmədiyi diqqətə çatdırılıb.
 
"Napoli" A Seriyasının son turunda doğma meydanda "Verona" ilə heç-heçəyə razılaşıb - 1:1. Neapollular bu matçda qələbə qazansaydılar, mövsümü 4-cü bitirib, çempionlar Liqasına vəsiqə əldə edəcəkdilər. Yekunda isə bu komanda A Seriyasını 5-ci sırada bitirərək, Avropa Liqasında iştirak hüququ əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest