Futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünün rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, Fransa Peşəkar Futbolçular Birliyi tərəfindən müəyyənləşdirilən rəmzi heyətdə çempion "Lill"dən 2, mövsümün gümüş mükafatçısı PSJ-dən isə 5 futbolçu yer alıb.
 
Bu mövsüm "Lill"də uğurlu performans sərgiləyən Burak Yılmaz, Zeki çelik və Yusuf Yazıcı isə rəmzi komandaya düşə bilməyib.
 
Qapıçı: Keylor Navas (PSJ);
 
Müdafiəçilər: Reinildo Mandava ("Lill"), Presnel Kimpembe, Markinyos (hər ikisi PSJ), Conatan Klauss ("Lans");
 
Yarımmüdafiəçilər: Lukas Paketa ("Olimpik", Lion), Orelyen Tuçameni ("Monako"), Benjamen Andre ("Lill");
 
Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Memfis Depay ("Olimpik", Lion).
 
Liqa 1-də mövsümün ən yaxşı futbolçusu da məlum olub. PSJ-nin hücumçusu Kilian Mbappe geridə qalan mövsümün ən yaxşısı elan edilib. 22 yaşlı futbolçu Neymar, Burak Yılmaz, Vissam Ben Yedder və Memfis Depayı geridə qoymağı bacarıb.
 
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər çərçivəsində 47 oyun keçirib, 41 qol vurub. Liqa 1-də isə o, 31 oyuna 27 qolla yadda qalıb.
 
Mbappenin komanda yoldaşı Keylor Navas mövsümün ən yaxşı qapıçısı elan olunub. çempion olan "Lill"i çalışdıran Kristof Qaltye isə ən yaxşı baş məşqçi mükafatına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest