AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın XXVIII turunda baş verən pozuntulara hüquqi qiymət verilib.

"Zirə" ilə oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sabah" və "Qəbələ" ilə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan  "Keşlə" 800 manat cərimə olunublar. Bu qarşılaşmanın  75-ci dəqiqəsində "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "kobud oyuna" görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

 "Sumqayıt"la matçda "Səbail"in müdafiəçisi Adil Nağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

"Neftçi" "Qarabağ"la görüşdə hesab tablosu işlək vəziyyətdə olmadığından  800 manat, mətbuat konfransının keçirilməsi üçün lazımi şərait yaradılmadığına görə isə daha 800 manat cərimələnib. Bundan başqa, oyunda dəhlizə "A buraxılışı" olmayan şəxslər daxil olduğu üçün meydan sahibi 800 manat cərimələnib.

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.

"Qarabağ"ın mühafizəçiləri Əsasnamədə onlar üçün qadağan edilmiş stadion ərazisinə daxil olduqlarına görə klub 800 manat cərimələnib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest