İyunun 2-də yerli yığma ilə qarşılaşacaq milli komanda matçdan bir gün sonra Moldova ilə oyun üçün paytaxt Kişineuya səfər edəcək. İyunun 6-da moldovalılarla üz-üzə gələcək Azərbaycan millisi elə həmin gün Bakıya qayıdacaq.

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunları keçirəcək futbol üzrə Azərbaycan millisinin səfər proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, komanda sabah saat 11:00 radələrində çarter reysi ilə Türkiyəyə yola düşəcək. Ukrayna "Minay"ının futbolçuları Anatoli Nuriyev və Rüstəm Əhmədzadə yığmanın düşərgəsinə qardaş ölkədə qoşulacaqlar.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv mayın 27-də "ay-ulduzlular"la Alanyadakı matçdan 4 gün sonra Belarusun paytaxtı Minskə yollanacaq.

İyunun 2-də yerli yığma ilə qarşılaşacaq milli komanda matçdan bir gün sonra Moldova ilə oyun üçün paytaxt Kişineuya səfər edəcək. İyunun 6-da moldovalılarla üz-üzə gələcək Azərbaycan millisi elə həmin gün Bakıya qayıdacaq.

Bu gün koronavirus testindən keçən komanda üzvlərinin analiz nəticələri sabah bəlli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest