İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Corcinyo Veynaldum Premyer Liqa təmsilçisindən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Niderlandlı futbolçu Premyer Liqanın son turu çərçivəsində baş tutan "Kristal Pelas"la ev oyununda sonuncu dəfə "qırmızılar"ın formasını geyinib. 30 yaşlı yarımmüdafiəçinon klubla müqaviləsinin müddəti 6 həftə sonra bitəcək. Lakin tərəflər yeni müqavilə bağlamayacaqlar və Veynaldum azad agentə çevriləcək. "Kristal Pelas"la oyundan sonra o, kollektivlə vidalaşıb və duyğusal anlar yaşayıb.
 
Veynaldum "Liverpul"dan ayrılması ilə bağlı klubun rəsmi saytına açıqlama da verib: "Göz yaşlarımı güclə saxlayıram. Burada beş ildir hər kəs mənə sevgisini göstərir. "Liverpul" üçün darıxacağam. Uzun müddət burada qalmaq istəyirdim. Təəssüf ki, işlər fərqli alındı. Macəram bitdi. Belə böyük kluba gəldiyim üçün çox xoşbəxtəm".
 
2016-cı ildən "Liverpul"da çıxış edən Veynaldum bu mövsüm Premyer Liqada 38 oyuna çıxıb. O, bu komandanın heyətində keçirdiyi 237 oyunda 22 qol vurub. Corcinyo "qırmızılar"la Premyer Liqanın, UEFA çempionlar Liqasının, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest