"Dediyim kimi, hər şey büdcədən asılıdı. Ola bilsin, Rasim Ramaldanov köməkçilərimdən biri kimi çalışsın. Mən belə bir təkliflə çıxış etmişəm"

"Hələlik komandamızdan hansısa futbolçunun gedəcəyi dəqiqləşməyib". Bunu matc.az saytına "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.

O bildirib ki, yaxın günlərdə komandanın büdcəsi müəyyənləşəcək və bundan sonra müqaviləsi başa çatan futbolçularla görüşəcəklər: "Mən də mətbuatdan bəzi futbolçuların hansı komandaya keçəcəyini oxumuşam. Amma bu barədə dəqiq məlumatım yoxdu".

Baxşıyev növbəti mövsümdən məşqçilər korpusunda yeni simanın yer alacağını istisna etməyib: "Dediyim kimi, hər şey büdcədən asılıdı. Ola bilsin, Rasim Ramaldanov köməkçilərimdən biri kimi çalışsın. Mən belə bir təkliflə çıxış etmişəm. Cavid Hüseynovun klubla müqaviləsi başa çatıb. Onun hansısa komandaya keçməsindən xəbərsizəm. Eləcə də, Anar Nəzirov və Asif Məmmədovla da danışacağıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest