Fransanın "Olimpik" (Lion) klubu baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin müddəti bitən müqaviləsi yenilənməyib.
 
Qarsiya bu barədə özünün "tvitter" hesabında məlumat yayıb. O, rəhbərliklə qarşılıqlı razılaşaraq, müqaviləsinin yenilənməməsinə qərar verdiklərini və Lion klubunu tərk etdiyini bildirib.
 
"Olimpik" Liqa 1-də 2020/21 mövsümünü 76 xalla 4-cü pillədə başa vurub. Lionlular qarşıdakı mövsümdə Avropa Liqasında mübarizə aparacaqlar.
 
Qarsiya 2019-cu ilin oktyabrından bu komandanı çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest