Türkiyəli futbolçu Kənan Karaman Almaniyanın "Fortuna" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu "tvitter" hesabında məlumat yayıb.
 
O, 2018-ci ildən çıxış etdiyi "Fortuna"dan ayrıldığını açıqlayıb. Son mövsümdə Düsseldorf təmsilçisi ilə 2-ci Bundesliqada 28 oyunda 7 qol vuran Kenanla Türkiyənin "Qalatasaray" klubu maraqlanır.
 
Kənan Karaman Türkiyə milli komandasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest