Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Sabah" klublarının əsas səhmdarları dəyişib. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın "Tvitter" hesabında bildirilib.
 
COVID-19 pandemiyasına rəğmən, qitə futbolunun investisiyalar üçün yenə cəlbedici olduğu və 2020-ci ilin yanvarından 2021-ci ilin aprelinədək ümumilikdə 30 klubun yeni majoritar səhmdara ötürüldüyü vurğulanıb.
 
"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə "Report"a açıqlamasında bildirib ki, klubunun təsisçiləri barədə məlumatlar "Kommersiya sirri haqqında" Qanunun müvafiq müddəalarına görə kommersiya sirri hesab olunur: "Mülki dövriyyə subyektlərinin bu cür məlumatları hüquq-mühafizə orqanları və məhkəmələrin tələbləri xaricində ictimaiyyətə açıqlamaq kimi bir məcburiyyəti yoxdur. Odur ki, bu barədə açıqlama vermək istəmirik".
 
"Sabah"ın sözçüsü Elnur Həmidov isə "Report"a deyib ki, dəyişiklik təsisçi "Bridge company"nin klubun nizamnamə kapitalını artırmasından ibarətdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest