İtaliyanın "Yuventus" klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu Kristiano Ronaldo mövsümün ən yaxşısı seçilib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ronaldo "Yuventus"la bu mövsüm bütün turnirlər daxil olmaqla 44 oyunda 36 qol vurub, 4 məhsuldar ötürmə edib. 36 yaşlı hücumçu 29 qolla İtaliya A Seriyasının bombardiri olub.
 
"Yuventus" A Seriyasında mövsümü 4-cü sırada bitirib və UEFA çempionlar Liqasında iştirak hüququ qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest