Bundan əvvəl Premyer Liqanın qalibi "Neftçi"nin Çempionlar Liqasında, 2-ci "Qarabağ" və 3-cü olan "Sumqayıt"ın Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün iştirakçılar müəyyənləşib. Matc.az xəbər verir ki, bu, Azərbaycan kubokunun final matçından sonra dəqiqləşib. "Keşlə" həlledici matçda "Sumqayıt"a 2:1 hesabı ilə qalib gələrək Konfrans Liqasına (KL) vəsiqəni təmin edib.
 
Bundan əvvəl Premyer Liqanın qalibi "Neftçi"nin çempionlar Liqasında, 2-ci "Qarabağ" və 3-cü olan "Sumqayıt"ın Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi.
 
Qeyd edək ki, çL-də 1-ci təsnifat mərhələsinin  ilk matçları 6-7 iyul, cavab görüşləri 12-14 iyul tarixlərində keçiriləcək. KL-ə isə iyulun 8-i birinci mərhələnin oyunları ilə start veriləcək. 2-ci mərhələdən yarışa başlayacaq Azərbaycan klublarının ilk oyunları 22 və 29 iyulda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest