Əgər məşqçi dəyişikliyi edilirsə, deməli, işlər qaydasında getmirdi. Çempionatda nəticə baxımından istədiyimə nail olmasam da, futbolçuların yanaşma tərzindən məmnun qaldım.

Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun finalında "Sumqayıt" 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, finalın təşkilatçılığın yüksək səviyyədə olduğunu deyib.
 
- Ot örtüyü mükəmməl idi. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Finala qədər uzun yol qət elədik. Final hər zaman gərgin olur. Bizi daha çətin günlər gözləyir. Futbolçularım sona qədər inandılar. çempionatda bəzən uğursuzluqlar oldu, amma təslim olmadıq. Düşündük ki, bu qədər əziyyət çəkiriksə, bunun bəhrəsi olmalıdır. Ən böyük pay sahibi futbolçulardır. Hər zaman yanımızda olan klub prezidentini təbrik edirəm. Futbolçularımız özlərini çempion kimi hiss edirlər.
 
- Mediada "kubok Sənan" deyirlər. Bu titul gələcək karyeranıza nə dərəcədə təsir edəcək?
- Əlbəttə ki, xoşbəxtəm. Gələcəklə özüm də çempionatın gedişində danışmaq istəmirdim. Oyunlara köklənmişdik.
 
- Yenidən Ayxan Abbasovun komandasına finalda qalib gəldiniz...
- Ayxan Abbasovun komandası çox intizamlıdır. O da inkişaf edən məşqçidir. çempionatda da, kubokda da mübarizəmiz gərgin oldu. Ona da uğurlar arzulayıram.
 
- çempionatla kubokdakı mövqe tam fərqli oldu. Bunu necə izah etmək olar?
- Əgər məşqçi dəyişikliyi edilirsə, deməli, işlər qaydasında getmirdi. çempionatda nəticə baxımından istədiyimə nail olmasam da, futbolçuların yanaşma tərzindən məmnun qaldım. Qalib gəlməməyimizə təəccüblənirdik. Kubokda buna son qoya bildik.
 
- Matçdan sonra Zaur Axundov bildirdi ki, Sənan Qurbanovla danışmışam, o, komandada qalacaq. özünüzdə hansı oyunçuların qalmasını müəyyənləşdirmisiniz?
- Mənim də müqaviləm bitir, rəhbərliklə görüşəcəm. Yola davam edəcəyiksə, o zaman heyət məsələsinə baxacağıq.
 
- Sezar Meza Kolli və Vüsal İsgəndərliyə gələn təkliflər barədə nə düşünürsüz?
- Hər ikisi istedadlı oyunçudur, komandada qalmasını istərdim. Oyunçularımıza təkliflərin gəlməsini normal sayırdım. Buna uyğun işlər qururduq ki, işimizə mənfi təsir etməsin. Futbolçularla daim iclaslarda bu barədə danışırdıq. Hətta evlərində də onlara nəzarət edirdik.
 
- Erkən qol buraxsanız da geridönüş edə bildiniz. Konfrans Liqasına hazırlıq mərhələsində heyətdə nə kimi dəyişikliklər planlaşdırılır?
- Bu gün uşaqlar böyük xarakter nümayiş etdirdilər. Finalın gərginliyi böyük olur. Mənə elə gəlir ki, layiq olan qələbə qazandı. Hansısa futbolçu bizimlə davam etmək istəməyə bilər. Ağlımda futbolçu siyahısı olsa da, bütün bunlara sabahdan qərar verəcəm. İstədiyimiz oyun üslubuna uyğun qısa müddətdə futbolçu tapmaq da asan deyil.
 
- Konfrans Liqası ilə bağlı hədəfiniz nə olacaq?
- Hər kəs daha çox qələbələr istəyər. Biz də mərhələ keçmək istərdik. Amma əvvəlcə komandanı formalaşdırmaq lazımdır. Kubokun qalibi olmaq böyük motivasiyadır.
 
- Kuboklardakı uğurunuzun sirri nədir? Daha çox bu turnirə köklənirsiniz?
- çempionat oyunları da bizim üçün vacibdir. "Qəbələ"də olanda da heyət tamamilə dəyişmişdi. İstək, özünəinam önəmlidir. Bu uğurun arxasında böyük iş dayanır.
 
- çempionatda xeyli oyunda önə keçsəniz də, sonda qalib gələ bilmirdiniz. Finalda erkən qol buraxmağınıza sevinmədiniz?
- Futbolçulara futboldankənar videolar tapıb göstərirdik ki, motivasiya edək. Qol buraxmaq planda yox idi. İkinci hissədə əvəzləmə etdik, bu da oyunumuza müsbət təsir etdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest