Futbol üzrə Gürcüstan çempionatında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Tiflis "Saburtalo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu 71-ci dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 15 oyunda cəmi 8 xal toplayıb və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest