Futbol üzrə İran çempionatında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Fulad"la qarşılaşıb. "Traktorçular" bu oyundan da heç-heçə ilə ayrılıblar – 1:1. Maraqlıdır ki, sözügedən komanda ardıcıl 4-cü oyundur 1 xala razılaşır.
 
22 oyuna 30 xal toplamış "Traktor" 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Təbrizin digər təmsilçisi - 11 xala malik "Maşinsazi" isə sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest