İspaniyanın "Barselona" klubu futbolçusu Mateus Fernandeslə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 
 
Xəbərdə, 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
 
2020-ci ilin avqustunda Braziliyanın "Palmeyras" klubundan 7 milyon avro qarşılığında transfer edilən Mateus bu mövsüm Kataloniya təmsilçisi ilə bir oyunda, cəmi 17 dəqiqə şans qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest