Futbol üzrə Qvineya milli komandasının Türkiyə, Toqo, Kosovo və Nigerlə keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Didye Siks "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kaneyə də dəvət göndərib.
 
Kane millinin qarşıdakı oyunlarında iştirak hüququ qazanıb. 
 
Qeyd edək ki, Qvineya millisi mayın 31-də Türkiyə, iyunun 5-də Toqo, 8-də Kosovo və 11-də isə Nigerlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest