"Qarabağ" Bədavi Hüseynov ilə yeni müqavilə imzalayıb. Matc.az klubun saytına istinadən xəbər verir, müdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.
 
Hüseynov "Qarabağ" FK-nın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
 
Xatırladaq ki, Ağdam təmsilçisi bu gün kapitanı Maksim Medvedevlə də 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest