"Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli paytaxt klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib. Matc.az saytına açıqlama verən futbolçu hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcəyini bildirib

"Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli paytaxt klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirib. Matc.az saytına açıqlama verən futbolçu hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcəyini bildirib:
 
"3-4 günə bütün məsələlərə aydınlıq gələcək. Bəzi xəbərlərdə oxudum ki, "Keşlə" ilə, baş məşqçiylə problemlərimin olduğu iddia edilir. Bunların heç biri doğru deyil".
 
Vüsal Türkiyənin "Dənizlispor" klubundan təklif aldığına dair xəbərləri isə təsdiqləyib: "Bəli, bu söhbət realdır. Türkiyənin başqa klublarından da maraqlananlar var. Amma Dənizli təmsilçisi dəqiq bildirib ki, ayın 1-də rəsmi təklif göndərəcək".
 
İsgəndərli "Keşlə"də qalmaq ehtimalının az olduğunu bildirib: "Karyeramı başqa komandada davam etdirmək ehtimalı daha çoxdur. özüm də Türkiyə klublarından birində oynamaq istəyirəm".
 
Qeyd edək ki, Vüsal İsgəndərli 2019/20 mövsümünün əvvəlindən "Keşlə"də çıxış edir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest