Fransanın "Monako" klubu futbolçusu Stevan Yovetiçlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Knyazlıq təmsilçisi Yovetiçin müddəti bitən müqaviləsini yeniləmək istəməyib.
 
Yovetiç 2017-ci ildən "Monako"da çıxış edirdi. 31 yaşlı hücumçunun klubla müqaviləsi iyunun sonuna qədər idi.
 
Monteneqrolu hücumçu bu mövsüm Liqa 1-də 29 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest