İspaniyanın "Valyadolid" klubunda baş məşqçi ayrılığı gerçəkləşib.
 
Matc.az xəbər verir ki, komandanın çalışdırıcısı Serxio Qonsaleslə yollar ayrılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qonsaleslə yolların ayrılmasına səbəb komandanın bu mövsüm La Liqada uğursuz çıxış etməsi və elitanı tərk etməsidir.
 
"Valyadolid" İspaniya La Liqasında mövsümü 19-cu sırada bitirərək, elitanı tərk edib. Komanda yeni mövsümdə İspaniya Sequndasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest