"Barselona" "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun transferini yekunlaşdırıb. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı AS nəşri yayıb.

Bildirilir ki, klublar arasında danışıqlar artıq yekunlaşıb. İspanların 75 milyon avroluq təklifini qarşı tərəf qəbul edib. Keçidin yanvarın 12-də rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, 21 yaşlı Frenki de Yonqla "Mançester Siti", "Bavariya" və PSJ də maraqlanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest