"Zirə" yeni futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, sözügedən klub "Sumqayıt"dan qapıçı Mehdi Cənnətovu transfer edib.
 
Bu barədə Zirə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, 29 yaşlı qapıçı daha əvvəl Rusiyanın "Anji", "Baltika" klublarında çıxış edib. 2017-ci ildən "Sumqayıt"da forma geyinən futbolçu Azərbaycan milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest