İtaliyanın "Sassuolo" klubundan ayrılan Roberto De Dzerbi Ukraynanın "Şaxtyor" komandasına baş məşqçi təyin olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. İtaliyalı məşqçi "Şaxtyor"un tarixində 34-cü baş məşqçi olub.
 
De Dzerbinin son klubu "Sassuolo" A Seriyasında mövsümü 8-ci sırada bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest