"Nəticəsi necə olur-olsun sabah uduzmayacağıq. İstənilən halda qardaşlıq qazanacaq. Türkiyə millisi barədə ən yaxşı sözləri deməliyəm"

"Türkiyə Futbol Federasiyasından və yerli vətəndaşlardan böyük qayğı hiss edirik. Buna görə Türkiyə millətinə təşəkkür, vəfa borcumuz var". Matc.az xəbər verir ki, bu sözləri millimizin yarımmüdafiəçisi Qara Qarayev "TRT Spor"a açıqlamasında deyib. 
 
O, sabah Türkiyə millisi ilə səfərdə keçiriləcək yoxlama görüşü barədə fikirlərini bölüşüb. Qeyd edib ki, sabahkı matçda qardaşlıq qazanacaq: "Bu, yoldaşlıq yox, qardaşlıq matçı olacaq. Nəticəsi necə olur-olsun sabah uduzmayacağıq. İstənilən halda qardaşlıq qazanacaq. Türkiyə millisi barədə ən yaxşı sözləri deməliyəm".
 
Q.Qarayev Türkiyənin Avro-2020-də yaxşı çıxış edəcəyinə inandığını da bildirib: "Belə böyük turnirlərdə bütün Azərbaycan xalqı Türkiyəni dəstəkləyir. Bizimlə görüşdən sonrakı matçlarda futbol şansının yanlarında olmasını istəyirəm. Bu komandada istək, aqressivlik, güclü baş məşqçi var. Hazırkı Türkiyə daha gənc oyunçulardan formalaşıb. Sabah stressiz oyun olacaq. Bu, mənəvi bağlarımızı daha da möhkəmləndirəcək. Hər zaman Türkiyənin yanındayıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest