Ağdam klubunda Elvindən öncə Maksim Medvedev və Bədavi Hüseynovla da müqavilələr yenilənmişdi.

"Qarabağ" müdafiəçisi Elvin Cəfərquliyev ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
 
20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.
 
Cəfərquliyev bu mövsüm "Qarabağ"da keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.
 
Ağdam klubunda Elvindən öncə Maksim Medvedev və Bədavi Hüseynovla da müqavilələr yenilənmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest