"Sabah" baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2 ildir.
 
Quliyev 2019-cu ildən "Sabah"ın üzvüdür. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrində çalışıb. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest