AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi, hazırda Türkiyə Futbol Federasiyasında çalışan Oğuz çətin, qardaş ölkənin milli komandasının Aç-2020-dəki şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində bunları söyləyib:
 
"Şenol Günəşlə birlikdə futbolçularımız çox böyük uğurlara imza atırlar. Elə Avropa çempionatına vəsiqə qazanmaq da bu uğurlardan biridir. Aç-2020-də əsas hədəf qrupdan çıxmaqdır. Rəqiblər asan deyil, amma milli komandamızın dünya çempionatının seçmə mərhələsindəki performansı da ortadadır. Bütün bunları nəzərə alsaq, oyunçularımızın formada olduğunu deyə bilərik. Bu üzdən mənə elə gəlir ki, böyük təcrübəyə sahib Şenol Günəşlə birlikdə bizi çox gözəl nəticələr gözləyir".
 
çətin Türkiyə millisinin qrupdakı rəqibləri - İtaliya, İsveçrə və Uels yığmaları barədə də danışıb: "Təbii ki, çətin qrupdur. İtaliya ilə oyun Romada baş tutacağı üçün daha çətin keçəcək. Ancaq bu tip çempionatlarda ilk matçda ortaya qoyulan performans çox önəm daşıyır. Təbii ki, qələbə, məğlubiyyət önəmli olsa da, motivasiya, sərgilənən oyun daha önəmlidir. Millimizin son olaraq Fransa, Niderland və Norveçə qarşı göstərdiyi böyük performans, İtaliya ilə matçda da eyni oyunu sərgiləyə biləcəyimizin sübutudur. Hazırda İtaliya ilə oyun daha çətin görünsə də, əslində, bu matç İsveçrə və Uelslə görüşlərdən daha asan alına bilər. önəmli olan Şenol Günəşin seçəcəyi strategiyaya əsasən hər bir futbolçumuzun bu arzu, şövq və intizam içində olmasıdır. çox narahat olmağa ehtiyac yoxdur, bu yığma istənilən rəqibi məğlub edəcək qədər güclüdür. Aç-2020-də də sadəcə qrupdan çıxmaq üçün yox, 2008-ci ildə olduğu kimi, 1/4 final, yarımfinal kimi böyük hədəflərə doğru irəliləyə biləcəyimizi düşünürəm. Rəqiblərimizin hamısı bir-birindən güclüdür. Amma fərqləndirmək lazım gəlsə, mən İsveçrəni bu üç komanda arasında daha çətin rəqib hesab edirəm.
 
Həm futbolçularımız, həm də baş məşqçi son 2-3 ildə çox önəmli matçlarda özlərini isbatlamağı bacarıblar. Onları qarşıda çox vacib qarşılaşmalar gözləyir. Hər birinə uğurlar arzulayıram".
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Türkiyə yığması turnirdə İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest