İspaniyanın "Xetafe" klubu baş məşqçi Pepe Bordalasla yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Bordalasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 57 yaşlı mütəxəssisin yaxın zamanda "Valensiya" komandasına baş məşqçi təyin olunacağı gözlənilir.
 
"Xetafe" La Liqada mövsümü 15-ci sırada bitirib. Bordalas 2016-cı ildən bu komandaya rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest