Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu klubun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, sonuncu vəsiqə "Altay"a qismət olub.
 
Sözügedən komanda pley-offun finalında "Altınordu"ya 1:0 hesabıyla qalib gəlib. Atatürk Olimpiya Stadionunda baş tutan İzmir derbisində yeganə qolu 89-cu dəqiqədə Marko Payşao vurub.
 
Beləliklə, Mustafa Dənizlinin çalışdırdığı "Altay" 18 illik fasilədən sonra Super Liqada iştirak hüququ qazanıb. Daha öncə TFF 1-ci liqada çempion olan "Adana Dəmirspor" və ikinci pilləni tutan "Girəsunspor" klubları elitaya vəsiqəni təmin etmişdi.
 
Xatırladaq ki, 2020/21 mövsümünün yekununa əsasən, Super Liqanı "Ərzurumspor", "Ankaragücü", "Gənclərbirliyi" və "Dənizlispor" klubları tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest