Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Türkiyə yığması ilə qarşılaşıb.

Alanya şəhərində keçirilən qarşılaşmada qapılara üç qol vurulub. Hesabı yığmamızın açdığı matçda meydan sahibləri əzmkar qələbə qazanıblar.

Yoxlama oyunu
27 may

Türkiyə – Azərbaycan 2:1
Qol: H.Dervişoğlu, 34. K.Ayhan, 45 – E.Mahmudov, 28.
Baş hakim: Genc Nuza (Kosovo).

Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. çağlar Söyüncü, 7. Cengiz ünder, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).
Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes ünal, 17. Efecan Karaca.
Baş məşqçi: Şenol Günəş.

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest