Almaniyanın "Ayntraxt" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Frankfurt təmsilçisini bundan sonra Oliver Qlasner çalışdıracaq.
 
Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Qlasnerlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Qlasner son olaraq Almaniyanın "Volfsburq" komandasında baş məşqçi kimi çalışıb. 46 yaşlı avstriyalı mütəxəssis ondan öncə ölkəsində LASK və "Rid" klublarına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest