Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisi İngiltərənin "Ridinq" klubundan Omar Riçardsı transfer edib.
 
Bu barədə "Bavariya"nın mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
 
Omar Riçards "Bavariya"ya azad agent kimi keçib. İngilis futbolçunun "transfermarkt"da dəyəri 5 milyon avrodur. O, yeni komandasında "3" nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest