Qeyd edək ki, Zinəddin Zidan "Real"a 2019-cu ildən başçılıq edirdi. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasını çalışdırıb. Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə İspaniya çempionu olub.

İspaniyanın "Real" klubu baş məşqçisi Zinəddin Zidan ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Fransalı mütəxəssis müddəti başa çatan müqaviləsini yeniləmək istəməyib. Bu üzdən də tərəflər vidalaşmağa qərar veriblər.
 
Qeyd edək ki, Zinəddin Zidan "Real"a 2019-cu ildən başçılıq edirdi. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasını çalışdırıb. Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə çempionlar Liqasının qalibi, 2 dəfə İspaniya çempionu olub. Komanda 2020/21 mövsümünü isə gümüş medalla başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest