İspaniyanın "Valensiya" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xose Bordalas çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
 
İspaniyalı məşqçinin son klubu "Xetafe" olub. O, 2016-cı ildən bu komandaya rəhbərlik edirdi. "Xetafe" La Liqada son mövsümü 15-ci sırada bitirib.
 
"Valensiya" isə geridə qalan mövsümü 13-cü pillədə başa vurub. Klub rəhbərliyi mövsümün sonuna bir neçə tur qalmış baş məşqçi Xavi Qrasiyanı istefaya göndərmiş, komandanı müvəqqəti olaraq Salvador Qonsalesə həvalə etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest