Fransanın "Strasburq" klubu baş məşqçisi Tyerri Lore ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 57 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddətini artırmaq istəmədiyi və bu üzdən də tərəflərin yollarını ayırdığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Lore 2016-cı ildən "Strasburq"a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Liqa 1-dəki son mövsümü 15-ci pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest