"Zirə" klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, qapıçı Mateus Albino, yarımmüdafiəçi Elvin Camalov və hücumçu Rodriqo Bonqonqui ilə müqavilələrin müddəti başa çatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onları saxlamaqda maraqlı olmayan "Zirə", futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Albino ilə Bonqonquinin taleyi bəlli olmasa da, Camalov karyerasını "Sabah"da davam etdirəcək. O, artıq yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.
 
"Zirə" daha əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla da yollarını ayırmışdı. Sözügedən klub əvəzində "Sabah"dan yarımmüdafiəçi Təmkin Xəlilzadəni, "Sumqayıt"dan isə qapıçı Mehdi Cənnətovu transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest