İngiltərənin "Tottenhem" klubu iki futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, London təmsilçisi qapıçı Paulo Qassaniqa və müdafiəçi Denni Rouzla vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə müqavilənin müddəti başa çatıb və onlarla yeni sözləşmə imzalanmayıb. Onlara xidmətlərinə görə təşəkkür edilib.
 
Rouz 2007-ci ildən "Tottenhem"də çıxış edirdi. "Lids"in yetirməsi olan ingilis futbolçu bu klubun əsas komandasında forma geyinmədən London təmsilçisinə transfer edilib. İngiltərə millisində də oynamış müdafiəçi, "Tottenhem"də olduğu dövrdə "Uotford", "Piterboro Yunayted", "Bristol Siti", "Sanderlend" və "Nyukasl" kimi komandalara icarəyə verilib. 30 yaşlı sol cinah müdafiəçisi "Tottenhem"in heyətində bütövlükdə 214 oyuna çıxıb, 10 qola imza atıb.
 
2017-ci ildən bu kluba gələn Qassaniqa da "Tottenhem"də əsas heyət oyunçusuna çevrilə bilməyib. London klubunda bütün turnirlər çərçivəsində 37 matçda forma geyinən argentinalı qolkiper, bu ilin əvvəlində İspaniya "Elçe"sinə icarəyə də verilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest