Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Alanyada Türkiyə yığmasına qarşı keçirilən yoldaşlıq oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. ümumilikdə isə, komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım. Heyətə gəlincə, Azərbaycan Kubokunun finalından sonra bəzi futbolçular yorğun olduqları üçün fiziki hazırlıqları daha yaxşı olan oyunçulara şans verdim. Finalda iştirak edən futbolçuların bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus mllisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest