Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş bu gün Alanyada Azərbaycan yığmasına qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib.

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş bu gün Alanyada Azərbaycan yığmasına qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Milliyə yeni dəvət olunan və az şans qazanan futbolçularımızı iş başında görmək istəyirdik. Futbolçular hələ istirahət ab-havasındadırlar. Bəzi oyunçularla bağlı risk etmək istəmirik, bəzilərinin də reaksiyasını görmək istəyirik. Müdafiədəki oyunçularımızı dəyişdirmək istəmədik. Səhvlərimiz, çatışmazlıqlarımız var, amma qələbə qazanmağımız gözəl oldu. Bəzi oyunçulara istirahət verəcəyik".
 
Günəş Azərbaycan yığması barədə də danışıb: "Azərbaycan yığması yaxşı komandadır. Asan məğlub olmurlar. Bizə çətin anlar yaşatdılar, təhlükəli hücumlara çıxdılar. Səhvlərə yol verdik. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. ötürmələrdəki səhvlərlə yanaşı, fərdi səhvlər də var, bunları aradan qaldırmalıyıq. Uels və İsveçrə ilə oyunlar çox fərqli olacaq".
 
Baş məşqçi Türkiyə millisinin tarixi ilkə imza atmasından da danışıb. Belə ki, qardaş ölkə yığması ilk dəfə qələbə sayında məğlub olduğu oyunları geridə qoymağı bacarıb: "224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq".
 
Günəş, bu oyunda zədələnən qapıçı Altay Bayındır və yarımmüdafiəçi Halil Akbunarın durumuna da toxunub: "Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. Halilin ayağından aldığı zərbə ilə əlaqədar problemi var. ümid edirəm ki, ciddi deyil. Altayın zədəsi isə yüngüldür. İkisi üçün də keçmiş olsun".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest